-
- Bu gün, 10:43
- 123
Millimiz darmadağın oldu
Futzal üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinada ilk beynəlxalq yoldaşlıq oyununa çıxıb.
News24.az xəbər verir ki, yığmamız yerli milli komandaya böyük hesabla məğlub olub.
Komandalar iki gün sonra yenidən qarşılaşacaqlar.
Bu, millimizin AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcəyi matçlar öncəsi son yoldaşlıq oyunu olacaq.
Beynəlxalq yoldaşlıq oyunu
Bosniya və Herseqovina - Azərbaycan 7:0
Qollar: Bilal Jeliç, 19:58, Adnan Kalajdiç, 25:31, 34:03, Josip Başkoviç, 28:15, Samir Qosto, 34:36, Srdan İvankoviç, 36:39, Dejan Pavloviç, 39:37.