-
- 5-11-2024, 12:14
- 228
Quba xəstəxanası acınacaqlı vəziyyətdə - FOTOLAR
Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) xoşagəlməz vəziyyət yaranıb.
News24.az xəbər verir ki, bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, xəstəxananın Poliklinika şöbəsində sanitar qovşaqları tamamilə baxımsız vəziyyətdədir. Burada qapılar qırılıb, divarlar isə sökülüb.
Bundan əlavə, koridorlarda elektrik qutuları açıq vəziyyətdədir və bu, ətrafa təhlükə saçır. Ani ehtiyatsızlıq isə bədbəxt hadisəyə səbəb ola bilər.
Dəhlizlərdəki oturacaqların üzlüyü də çoxdan yararsız hala düşüb. Sakinlərin məlumatına görə, Quba xəstəxanasında sözügedən vəziyyət uzun müddətdir ki, davam edir.