"Qarabağ"ın oyunu onlara tapşırıldı
    • 5-11-2024, 13:27
    • 331

"Qarabağ"ın oyunu onlara tapşırıldı

Norveçdə yerli "Budyo Qlimt" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununun təyinatları bəlli olub.

News24.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı FIFA referisi Luiş Qodinyo idarə edəcək. Ona Ruy Teyşeyra və Pedru Almeyda kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Andre Nartsisu yerinə yetirəcək. VAR-da Hüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcəklər.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.