-
- Bu gün, 13:49
- 123
Xorvatiya Mahirdən danışır
Xorvatiya mətbuatı ötən yay “Dinamo”dan(Zaqreb) “Nürnberq”ə keçən Mahir Emrelinin çıxışından yazıb.
News24.az xəbər verir ki, “Sportske novosti” nəşri millimizin forvardının Almaniya klubundakı uğurlu performansı barədə bunları qeyd edib:
"Ardıcıl dördüncü matçda Almaniyada qol vuran “Dinamo”nun keçmiş hücumçusu Mahir Emreli fantastik formadadır. O, ikinci Bundesliqanın 11-ci turunun "Hamburq"la matçında da (1:1) qol vurmağı bacardı. Bu qolla o, ardıcıl dördüncü oyunda qol vuraraq əla çıxışını davam etdirdi. O, bundan öncə ölkə kubokunda "Hoffenhaym"la görüşdə, həmçinin "Regensburq" və "Qroyter"lə liqa oyunlarında da qol vurmuşdu".
Qeyd edək ki, Mahir Emreli yayda "Nürnberq"lə 1 illik müqavilə imzalamışdı.