-
- Bu gün, 16:40
- 138
ABŞ-da neçə milyon insan yaşayır?
Amerika Birləşmiş Ştatlarının (ABŞ) əhalisi ABŞ-da keçirilən prezident seçkiləri ilə əlaqədar maraq doğurur.
News24.az xəbər verir ki, ABŞ əhalisi 2024-cü ildə 337 milyon nəfərlə dünyada 3-cü yerdədir. 2029-cu ildə ABŞ əhalisinin 348 milyon nəfər olacağı təxmin edilir.
2022-ci ildə ABŞ-da əhalinin 18,3%-ni 0-14 yaş arasında, 64%-ni 15-64 yaş arasında, 17,7%-ni isə 65 və yuxarı yaşda olanlar təşkil edib. Əhalinin 83,1 faizi şəhərlərdə yaşayır.
Eyni zamanda, orta ömür uzunluğu 78,2 il, qadınlar üçün 81 yaş, kişilər üçün 75,5 ildir.
Onu da qeyd edək ki, ölkədəki işsizlərin sayının ümumi işçi qüvvəsinə nisbətinin 2024-cü ildə 4% olacağı və işsizliyin yüksək olduğu ölkələr arasında 72-ci yeri tutacağı təxmin edilir.
Günel Məlikzadə