-
- 5-11-2024, 17:56
- 307
Təzə banan şirniyyatlı kekslər: asan və praktik
Hamımız keksləri sevirik. Çünki onları hazırlamaq çox asandır. Bundan əlavə, keks hazırlamaq üçün seçim çoxdur.
News24.az bildirir ki, Lent.az isə bu dəfə bananlı keks reseptini sizə təqdim edəcək.
Burda əsas məsələ çox yetişmiş, şirin bananlardan istifadə etməkdir. İçinə əlavə olunan digər məhsullar isə demək olar ki, hər evdə olan şeylərdir.
12 kiçik keks hazırlamaq üçün sizə lazım olacaq: 3 orta banan, 125 mililitr bitki yağı, iki böyük yumurta, 250 qram un, 100 qram şəkər tozu, yarım çay qaşığı soda, bir çay qaşığı qabartma tozu, 150 qram kofe və ya şokolad fişləri.
Sobanı 200C-yə qədər qızdırın və muffin (kiçik kekslər) qabını xüsusi kağızla örtün. Bu zaman bananları yaxşıca əzərək püre halına salın və ayrıca qabda yumurtaları çalın.
Un, şəkər, soda və qabartma tozunu böyük bir qaba qoyun, sonra döyülmüş yumurta, yağ və əzilmiş banan əlavə edin. Sonda qarışığa iris qırıntılarını əlavə edin və xəmiri qəlibə tökün. Keksləri sobada 20 dəqiqə bişirin.