Mərkəzi Bank dollarla bağlı məlumat yaydı
    • 6-11-2024, 03:00
    • 1 483

Mərkəzi Bank dollarla bağlı məlumat yaydı

Noyabrın 5-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, hərracda tələb 69,3 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.

Qeyd olunub ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.//metbuat.az