-
- 6-11-2024, 12:11
- 233
ABŞ Senatında Respublikaçılar çoxluğu qazandılar
ABŞ seçkilərində açılan qutulara görə, Senatda respublikaçılar çoxluq qazanıb.
News24.az xəbər verir ki, ABŞ-də 2024-cü il prezident seçkiləri ilə eyni vaxtda keçirilən Konqres seçkiləri çərçivəsində Respublikaçılar Senatda çoxluğu əldə edərək, ümumilikdə 51 yer qazanıblar.
ABŞ-da noyabrın 5-də keçirilən prezident seçkiləri ilə birlikdə keçirilən Konqres seçkilərində respublikaçılar Senatda böyük uğur qazanıb.
Bu nəticələrlə respublikaçılar indiyədək Senatda 51, Demokratlar isə 42 yer qazanıblar.
Qeyd edək ki, 2022-ci il aralıq seçkilərində Demokratlar Senatda çoxluğu qazanmışdılar.
435 mandata malik Konqresin Nümayəndələr Palatasının qanadında respublikaçılar 148 mandatda qalan Demokratları qabaqlayaraq 179 yerə çatıb. Nümayəndələr Palatasında çoxluğu təmin etmək üçün 218 yer qazanmaq lazımdır.
Aynurə