"İranla qısa müddətli atəşkəs vaxt itkisi idi"
Dünya
ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı yay aylarında döyüşlərin dayandırılmasını vaxt itkisi hesab edir.
News24.az xəbər verir ki, o, bu barədə Konqresə aralıq seçkiləri ərəfəsində Missisipi ştatında “Respublikaçılar Partiyası”nın tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Münaqişənin başlamasından danışan Tramp ABŞ-nin başqa seçiminin olmadığını iddia edib.
“Bunu çoxdan etmək lazım idi və hazırda baş verənlər çox tezliklə başa çatacaq”, – deyə o bildirib.
“Biz qısa müddətlik atəşkəsə getdik. Bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verdik. Biz yaxşı tərəf olmaq istəyirdik, amma bu, o qədər də xoşuma gəlmirdi. Mən bunu vaxt itkisi hesab edirdim”, – deyə ABŞ lideri vurğulayıb.