-
- 6-11-2024, 14:23
- 275
Tramp ABŞ-də 132 ildən sonra bir ilkə imza atacaq
ABŞ seçkilərində səslərin hesablanması davam edərkən, qeyri-rəsmi nəticələr göstərir ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp 247 nümayəndə ilə prezidentlik yarışına liderlik edir və onun ikinci seçki qələbəsi şansı artır.
News24.az xəbər verir ki, “Euronews”un məlumatına görə, ikinci dəfə prezident olacağı gözlənilən Tramp ABŞ-nin iki müddətə fasilə ilə seçilən ikinci prezidenti olacaq.
Seçkiləri uduzduqdan sonra Ağ Evə qayıdan son ABŞ prezidenti 1885-1889-cu illər arasında bir müddət prezidentlik etdikdən sonra 1888-ci il seçkilərində uduzan, daha sonra 1892-ci ildə Respublikaçı prezident Bencamin Harrisonu məğlub edərək dörd illik fasilədən sonra geri qayıdan Ağ Evə qayıdan Qrover Klivlend olub.
Tramp ilk prezidentlik müddətinə 2017-ci ilin yanvarında demokrat rəqibi Hillari Klintonu məğlub etməklə başlayıb.
Qeyd edək ki, Demokratik rəqibi Co Bayden 2020-ci ilin noyabrında keçirilən seçkilərdə qalib gəldikdən sonra 20 yanvar 2021-ci ildə vəzifəsini tərk edən Tramp Respublikaçılar Partiyasının praymerizlərində qalib gələrək yenidən namizəd olub.
Aynurə