Flora Kərimovanın səhhəti ilə bağlı - AÇIQLAMA

Flora Kərimovanın səhhəti ilə bağlı - AÇIQLAMA Mədəniyyət

Xalq artisti Flora Kərimovanın səhhəti normaldır.

News24.az bildirir ki, bu barədə BAKU.WS-ə açıqlamasında sənətçinin köməkçisi Yaqut xanım bildirib. O Kərimovanın xəstəxanaya analiz üçün getdiyini qeyd edib:

"Flora xanımın səhhəti yaxşıdır. Vəziyyəti elə də ağır deyil. Hazırda evdədir. Normal formada dərmanlarını qəbul edir. Bu qədər şişirtməyə ehtiyac yoxdur. Xəstəxanaya analiz üçün gedib. Bunu hamı edir".