Avtomobil hissələrə parçalandı, sürücü möcüzə nəticəsində SAĞ QALDI
    • 6-11-2024, 17:11
    • 221

Avtomobil hissələrə parçalandı, sürücü möcüzə nəticəsində SAĞ QALDI

Oğuz rayonu ərazisində baş verən ağır qəzada sürücü sağ qalıb.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Kərimli kənd sakini, 35 yaşlı Elşən İsmayılov idarə etdiyi “VAZ-21009” markalı avtomobili sürətlə idarə etdiyindən nəqliyyat vasitəsinin idarəetməsini itirib.

Nəticədə maşın yolun kənarındakı qoz ağacına çırpılıb. Hadisə şahidləri bildirir ki, avtomobilin sürəti o qədər çox olub ki, ağaca dəyərkən güclü gürultu səsi belə eşidilib.

Nəticədə maşın bir neçə hissəyə parçalanaraq əraziyə səpələnib. Sürücü isə bu ağır qəzadan sağ çıxıb. Onu dərhal hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadasının köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Daha sonra o, müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkimlər yaralı sürücünün vəziyyətinin orta-ağır olaraq qiymətləndirib. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verən bu yol qəzası ilə bağlı araşdırmalar başlanılıb.