-
- 28-06-2019, 18:40
- 1 145
"Fərqanə məndən bir xal yuxarıdadır" - Alim Qasımov - VİDEO
“Musiqiyə köklənəndə görürük ki, əvvəlki kimi deyilik. Halımız, əhvalımız dəyişir. Dərdi, səri, ağrını unuduruq”.
Xalq artisti Alim Qasımov News24.az-a muğama olan eşqindən danışıb: “Bu cismani eşq deyil, ruh sevdasıdır. Oxuyanda əhvalımız dəyişir. Bu ovqat uşaqlarımda da var. Nəvələrim də, musiqini dinləyəndə cezm olurlar...
"Oxuyanda tərki-dünya olmasaq, ruhən yerdə qalsaq, tamaşaçı onu duymaz. Ona görə qulaq asanlar deyir ki, bizi filan yerə apardın. O apardığım yerdə tamaşaçı ilə ifaçı arasında rahatlıq yaranır. Səhnəyə çıxan kimi tamaşaçıları da özümlə bir yerdə həmin dünyaya aparıram. Ruhlarımız orda baş-başa verib birgə həyat sürür”.
Söhbət əsnasında Alim Qasımovun qızı Fərqanə Qasımova bu il ölkə xaricində bir neçə konsertlə çıxış edəcəyindən də danışdı: “Fransada bir neçə konsert gözlənilir. Ona hazırlaşırıq. Azərbaycanda isə yeni mahnılar və muğamlar üzərində çalışırıq. İfalarımda yeni nəfəs görürlərsə, demək, bu, bədahətən olan ifadır. İfa hər zaman daxildən gəlir. Həm də ustadım Alim Qasımovdursa, musiqilərə içdən can atmağım təbiidir”.
A.Qasımov qızı Fərqanənin dediklərinə əlavə olaraq “Bir şey var ki, mənim Fərqanənin ustadı kimi ustadım olmayıb. Düzdür, Fərqanə bütün ustadlarımı və məni dinləyib, amma mən öz ustadlarımı dinləmişəm. Yəni, özüm-özümdən dərs almamışam. Buna görə də, qanunla Fərqanə məndən bir xal yuxarıdadır” sözlərini deyib.