-
- 7-11-2024, 19:00
- 250
Yüksək musiqi səbəbindən qonşusunu vəhşicəsinə DÖYDÜ
Apatitıdə polis əməkdaşları mənzildə yüksək musiqi sədaları səbəbindən qonşusuna hücum edən yerli sakini saxlayıblar.
News24.az xəbər verir ki, bu barədə Murmansk vilayətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
43 yaşlı yerli sakin hüquq-mühafizə orqanlarına şikayət edib.
Kişi evdə olduğunu və qonşusunun mənzilindən yüksək səsli musiqi eşitdiyini bildirib. O, aşağı düşüb kişidən səsi azaltmağı xahiş edib, lakin o, onu itələyib və qapını çırpıb.
Bir müddət sonra musiqisevər geri qayıdıb və narazı qonşunun qapısını döyməyə başlayıb.
Kişilər arasında mübahisə yaranıb, qonşu rəqibin baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurub, bundan sonra zərərçəkən yıxılıb və başını vuraraq huşunu itirib.
Yüksək səslə musiqi dinləyən həvəskar saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Məryəm İlhamqızı