-
- 7-11-2024, 16:30
- 2 075
Dəhşət: Rusiyada yeniyetmə anasını baltaladı
Rusiyada 15 yaşlı məktəbli mübahisə etdiyi anasını balta ilə öldürüb.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, mübahisə uşağın məktəbdə pis qiymət alması ilə başlayıb.
Cəza olaraq ana planşetini götürüb və kompüterdə oynamasına icazə verməyib. Nəticədə böyük dava düşüb.
Yeniyetmə qadının yataq otağına girib və onun başına balta ilə bir neçə zərbə endirib. 48 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bundan sonra yeniyetmə özü polisə gələrək hər şeyi etiraf edib. O, saxlanılıb.