-
- 8-11-2024, 13:35
- 332
Zəngəzur dəhlizinə nəzarət uğrunda savaş: "Bu qüvvələr Azərbaycanla razılaşmağa məhkumdur"
Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbə ilə təkcə torpaqların əhəmiyyətli hissəsini işğaldan azad etmədi, eyni zamanda regionda ciddi təsir edə biləcək addımlar atdı.
Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əli-Zadə deyib.
Onun sözlərinə görə, Azərbaycan regionda güclü dövlət olması ilə yanaşı, faktiki olaraq hərb sahəsində möhkəmlənmiş orduya sahibdir.
“Regionda qüvvələr nisbəti tam olaraq dəyişib, Azərbaycan və qardaş Türkiyə ilə regionun əsas söz və güc sahibinə çevrilib. Bu gün yaranmış mövcud reallıqlar çərçivəsində Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihə gerçəkləşdirilə bilməz. Eyni zamanda, kommunikasi̇ya xətlərinin Azərbaycan üzərindən keçməsinə nəzər yetirsək, demək olar, ölkəmiz regionun ən əhəmiyyətli dövlətidir", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, regionda marağı olan qüvvələr Azərbaycanla razılaşmağa, onun mövqeylərini qəbul etməyə məcbur və məhkumdur.
"Baxmayaraq ki, İkinci Qarabağ savaşından sonra Azərbaycanın regiondakı vəziyyətinin dəyişməsindən sonra narahat olan və həzm etməyən bir sıra güclər var ki, hələ də üzərimizə gəlməkdədir. Ancaq bunlar əhəmiyyətsizdir, həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən, həm də siyasi cəhətdən möhkəmlənmiş Azərbaycanla mövqeləri razılaşdırmadan bölgədə nəyəsə nail olmaq mümkün deyil. Hər kəs bunun fərqindədir, əsas güclər Zəngəzur dəhlizinə nəzarət uğrunda savaşa girişib. Burda da Azərbaycanım mövqeləri qardaş Türkiyə ilə birlikdə daha üstündür. Təbii ki, qazandığımız zəfər suverenliyimizi, ərazi bütövlüyü ilə yanaşı, bölgədə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu”, - deyə o, fikirlərini yekunlaşdırıb.
Ağa