Qış aylarında immuniteti gücləndirən qidalar
    • 8-11-2024, 19:58
    • 512

Qış aylarında immuniteti gücləndirən qidalar

Qış aylarında havalar soyuduqca orqanizmimiz xəstəliklərə qarşı daha həssas olur. Yayın istisindən sonra soyuq havalarda xəstəliklərdən qorunmaq üçün bəzi təbii üsullardan istifadə edə bilərik.  

News24.az qış aylarında xəstəliklərdən qorunmağa kömək edən təbii qidalar və sağlamlıq faydalarını təqdim edir:

Zəncəfil: Zəncəfildə dəmir, maqnezium, B6 və C vitamini var. Bu sağlam tərkibi sayəsində zəncəfil güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Qışda selikli qişalara nəzarət edərək burun tutulmasının qarşısını alır. Çaya və ya südə qatılaraq istehlak edilə bilən zəncəfil immuniteti gücləndirir.

Sarımsaq: Sarımsaq antimikrobiyal xüsusiyyətlərə malikdir. Sağlam qida dəyəri ilə sarımsaq təbii antibiotik hesab olunur. Sarımsağı yeməklərinizə əlavə etməklə onun faydalarından asanlıqla faydalana bilərsiniz. Qışda sarımsaq istehlakı immuniteti gücləndirir.

Brokoli: Super qida olaraq da adlandırılan brokoli C, A və E vitaminləri ilə zəngindir. Tərkibində yüksək lif olan brokoli immuniteti gücləndirir. Bağırsaq sağlamlığını da dəstəkləyir. Brokoli şorbası və ya qaynadılmış brokoli qış ayları üçün ideal qidalardır.

Çuğundur: Çuğundur yüksək antioksidant və nitrat tərkibli qidadır. Çuğundurun müntəzəm istifadəsi iltihab əleyhinə təsir göstərir və qan axınını sürətləndirir. O, həmçinin çuğundurun tərkibindəki Betalain komponentləri sayəsində immuniteti gücləndirir. Çuğunduru salatlara əlavə etməklə faydalana bilərsiniz.

İspanaq: Dəmir və antioksidantlarla zəngin olan ispanaq, kimi yaşıl yarpaqlı tərəvəzlər təbii antioksidant tərkibi sayəsində immuniteti gücləndirir. Qış aylarında salatlarda və ya gündəlik yeməklərin yanında yaşıl yarpaqlı tərəvəzlərdən istifadə etməklə özünüzü xəstəliklərdən qoruya bilərsiniz.


Məryəm İlhamqızı


-->