Tanınmış cütlük boşanır - Hər şey pul imiş
    • 8-11-2024, 16:42
    • 464

Tanınmış cütlük boşanır - Hər şey pul imiş

Türk model Ebru Şallı və biznesmen Uğur Akkuş 7 illik münasibətlərinə son qoymaq qərarına gəliblər. 

News24.az xəbər verir ki, Akkuş sosial media hesabında 5 ildir evli olduğu Ebru Şallıdan niyə ayrıldığını açıqlayıb.

Boşanma ərizəsini paylaşan Akkuş bu ifadələrdən istifadə edib:

"Bu gün 7 ildir birlikdə olduğum həyat yoldaşım Ebru Şallıdan sevgiylə və böyük zəhmətlə vəkilim vasitəsilə boşanma davası açdım. Yaxın ətrafım, məni sevən ailə və məni tanıyan hər kəs boşanmaq istəməyimin səbəbi ilə həmfikirdir. O, yazacaq, çəkəcək və danışacaq, ona görə də buradan yazmaq istədim”.

Akkuş sözlərinə belə davam edib:

"Boşanma ərizəsi verib boşanmaq istəməyimin tək səbəbi indi "bədbəxt" olmağımdır. Bu münasibətin sevgi evliliyi olduğunu düşünürdüm, amma hər şeyin pul və maddiyyatla bağlı olduğu ortaya çıxdı! Mən bunu çox gec və çətin anladım. İndi xoşbəxt və dinc bir həyat sürməyə qərar verdim və boşanmağa gedirəm."

Günel Məlikzadə