Müğənni səhnədə toyuğu öldürüb qanını içdi
    • 9-11-2024, 08:00
    • 480

Müğənni səhnədə toyuğu öldürüb qanını içdi


Hindistan polisi səhnədə toyuğu öldürən və qanını içən müğənniyə qarşı iş açıb.

Lent.az-ın xarici KIV-ə istinadən məlumatına görə, Hindistanın şimal-şərqində, Çinlə sərhəd əyaləti olan Arunaçal-Pradeş ştatında yaşayan mahnı müəllifi, bəstəkar və musiqiçi Kon Vayi Sona qarşı Hindistan Cinayət Məcəlləsi və heyvanlara qarşı qəddarlığın qarşısının alınması qanununa əsasən iş açılıb.

Məlumata görə, çıxışı zamanı toyuq başına oxşayan papaq taxan müğənni səhnəyə diri quş gətirib, başını qoparıbb, qanını stəkanla içib. Hadisənin sosial şəbəkələrdə geniş yayılan videosu sənətçinin tənqidinə səbəb olub.

Oktyabrın 27-də baş verən hadisə ilə bağlı təhqiqat People for the Ethical Treatment of Animals təşkilatının fəallarının bundan xəbər tutmasından və polisə məlumat verməsindən sonra başlayıb.

Hadisədən sonra qeyd edildiyi kimi, heyvanlara təcavüz edən insanlar psixiatrik müayinədən keçməli və məsləhət almalıdırlar.