Bitkoinin qiyməti ardıcıl üçüncü dəfə tarixi rekordu yenilədi

Bitkoinin qiyməti ardıcıl üçüncü dəfə tarixi rekordu yenilədi İqtisadiyyat

Bitkoinin qiyməti maksimuma çataraq 77 min dolları ötüb.

News24.az xəbər verir ki, bu barədə “Binance” platformasında yayımlanan göstəricilərdə qeyd olunub.

“Noyabrın 8-i Bakı vaxtı ilə saat 23:17-də bitkoinin qiyməti rekord həddə qalxıb. İlk kriptovalyutanın dəyəri 77 min109 dollara çatıb” – məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra bitkoin məzənnəsi sürətlə artır və üçüncü dəfə öz tarixi maksimumunu yeniləyir.

\\\\Globalinfo.az