Yeniyetmə və 32 yaşlı qız faciəvi şəkildə ÖLDÜ
    • 9-11-2024, 13:42
    • 2 120

Yeniyetmə və 32 yaşlı qız faciəvi şəkildə ÖLDÜ

Siyəzəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, rayon sakini 2010-cu il təvəllüdlü Asim Muradov yaşadığı evin hamam otağında olarkən dəm qazından boğularaq vəfat edib.

Oxşar hadisə Xaçmazda da baş verib. Paytaxt sakini 1992-ci il təvəllüdlü Nuranə Şıxəliyeva Xaçmaz şəhərindəki mənzilin hamam otağında dəm qazından dünyasını dəyişib.