-
- 9-11-2024, 20:56
- 137
Rusiyadan dollar və avro ilə bağlı KRİTİK QƏRAR
Rusiya Mərkəzi Bankı həftə sonu və bazar ertəsi üçün rəsmi valyuta məzənnələrini müəyyən edib.
News24.az xəbər verir ki, tənzimləyici cümə günü dolların məzənnəsini 98,07 rubldan 97,83 rubla endirib.
Avronun rəsmi məzənnəsi də aşağı salınıb. Mərkəzi Bank Avropa valyutasının məzənnəsini bir gün əvvəl olan 105,56 rubla qarşı 105,45 rubl müəyyən edib.
Yuan məzənnəsi bir gün əvvəlki 15,59 rublla müqayisədə 13,62 rubla endirilib.//publika