-
- 10-11-2024, 03:55
- 393
Süni qida verilən körpə 10 dəqiqəyə öldü
Rusiyanın paytaxtı Moskvada iki aylıq körpə süni qida veriləndən 10 dəqiqə sonra ölüb.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə paytaxtın Dmitrovski rayonunda baş verib. Ana qızını butulka ilə yedizdirərək beşiyə qoyub, sonra mətbəxə keçib. 10 dəqiqə sonra geri qayıdan o, uşağın öldüyünü görüb. Qadın təcili yardım çağırıb, lakin gələn həkimlər onun öldüyünü bildiriblər.
Hazırda faktla bağlı araşdırma aparılır.