-
- 10-11-2024, 13:20
- 6 527
Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək – Yeni qanun qəbul edildi
Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatına yararlı torpaqların icarəyə verilməsi ilə bağlı qanun Milli Məclisdə qəbul edilib.
Qəbul olunan yeni qanuna görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar yaşayış məntəqələrinə yaxın olan kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək.
Qeyd edək ki, bu addım, torpaqdan istifadənin daha səmərəli olmasını təmin edəcək, həmçinin regionda yerli əhalinin aqrar sahəyə daha aktiv şəkildə cəlb olunmasına imkan yaradacaq.
Yeni qanunun tətbiqi sayəsində, kənd sakinləri torpaqdan istifadədə daha çox imkan əldə edəcək və aqrar sektorun inkişafına mühüm təkan verəcək. Eyni zamanda, güzəştli şərtlər regionda iqtisadi canlanma yaradaraq, əhalinin rifahını artırmağa xidmət edəcək./BAKU.WS