-
- 10-11-2024, 17:40
- 211
Günəşdə 31 dəqiqə davam edən böyük partlayış qeydə alındı
Alimlər Günəşdə X sinfinə yaxın güclü partlayış qeydə alıblar.
News24.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Noyabrın 10-da saat 15:06-da (Bakı vaxtı ilə 16:06) 3889 (S07E26) Günəş ləkələri qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən M9.5 partlayışı aşkar edilib”, - məlumatda qeyd olunub.