-
- 11-11-2024, 02:11
- 269
Qərbin yuxusuna haram qatan FOTO
Türk Dövlətləri Təşkilatının (TDT) Qırğızıstanda keçirilən sammitində Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar və Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqında (Aİ) ciddi narahatlığa səbəb olub və buna reaksiya vermək zorunda qalıblar.
News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, TDT-nin sammiti Qərb dünyasına necə təsir edibsə, Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Cosef Borrel Ersin Tatar və Viktor Orbanın Zirvə görüşündə iştirakı ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb.
Borrel yazılı açıqlamasında Ersin Tatarın müşahidəçi qismində TDT Zirvə görüşündə iştirakını belə dəyərləndirib:
“Avropa İttifaqı TDT-nin Bişkekdə keçirilən sammit də daxil olmaqla, beynəlxalq səviyyədə tanınmayan Şimali Kipr Türk Respublikası adlanan türk separatçı qurumuna müşahidəçi statusu verməklə onu legitimləşdirmək cəhdlərini rədd edir”.
Bundan təəssüflənən Borrell ŞKTC prezudenti Ersin Tatarın Zirvə toplantısında iştirakını “BMT nizamnaməsində yer alan Kiprin ərazi bütövlüyü prinsipinə zidd” olduğunu bildirib.
Aİ eyni zamanda Macarıstanın baş naziri Viktor Orbanın Türkiyə liderlərinin sammitində iştirakından narahatdır. Brüssel administrasiyasının fikrincə, Aİ-yə üzv ölkələrin “müstəqil diplomatik təşəbbüsləri” ittifaqın ardıcıl xarici siyasətinə ziddir. Buna görə də Orbandan Macarıstan və AB xarici siyasətləri arasındakı fərqdən xəbərdar olması xahiş olunur.