"Barselona"dan gözlənilməz məğlubiyyət - Video

"Barselona"dan gözlənilməz məğlubiyyət - Video İdman

La Liqanın 13-cü turunda "Real Sosyedad" "Barselona"ya gözlənilmədən qalib gəlib.

News24.az xəbər verir ki,"Reale Arena"da cəmi 1 qol səsi gəlib.

Görüşdə yeganə qolu 33-cü dəqiqədə "Real Sosyedad"ın hücumçusu Şeraldo Beker vuraraq komandasına 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, "Barselona" 33 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. "