Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəldi
İdman
Misli Premyer Liqasının XIII turunda "Neftçi" "Zirə"yə qalib gəlib.
News24.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.
Ev sahiblərinin heyətində Breno Almeyda fərqlənib. O, 8-ci dəqiqədə Lyubomir Tuptanın ötürməsini saxlamadan birbaşa qapıya göndərib.
Ardıcıl dördüncü qələbənin ardından xallarının sayını 30-a çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. "Zirə" isə 20 xalla beşincidir.
Xatırladaq ki, turun açılış matçında "Şəfa" "İmişli"yə 3:1 hesabı ilə qalib gəlib.