Məşhur şirkətin paketindən əqrəb çıxdı: Gənc qadın xəstəxanaya aparıldı
    • 12-11-2024, 10:54
    • 1 426

Məşhur şirkətin paketindən əqrəb çıxdı: Gənc qadın xəstəxanaya aparıldı

Hessenin Marburq şəhərində yaşayan qadını Çinin Shein şirkətindən verdiyi sifarişin paketindəki əqrəb sancıb və zəhərləyib. 

News24.az xəbər verir ki, bədbəxt qadını sancmış əqrəbin Aralıq dənizi əqrəbi olduğu və kifayət qədər zəhərli olduğu müəyyən edilib. 

Müalicə olunan gənc qadının vəziyyətinin yaxşı olduğu öyrənilib.

Qadının internetdə yayımladığı bir yazıya görə, sancma nəticəsində yaranan şişlik görünən həddə çatıb və bu, həkimlərin lazımi müalicəni göstərə bilməsi üçün səlahiyyətlilərin ölü əqrəbi xəstəxanaya gətirməsinə səbəb olub.

Qeyd edək ki, ötən il Federal Şəbəkə Agentliyi Shein, Temu, AliExpress və Co.-dan 5000 məhsulu araşdırıb. 90 faizdən çoxunun Aİ təhlükəsizlik qaydalarına uyğun gəlmədiyi aşkar edilib.

Məryəm İlhamqızı