-
- 12-11-2024, 19:57
- 218
Tez-tez pis yuxular görmək beyinə təsir edir - XƏBƏRDARLIQ
2022-ci ildə The Lancet-in eClinicalMedicine jurnalında dərc edilən bir araşdırma göstərib ki, orta yaşlı və yaşlı insanlarda tez-tez pis yuxular görmə demensiyanın inkişaf riskini artıra bilər.
News24.az xəbər verir ki, tədqiqatda 35-64 yaş arası 600 nəfər, 79 və yuxarı yaşda olan 2600 nəfərdən ibarət iki qrup müayinə edilib.
Araşdırmanın əvvəlində iştirakçılara nə qədər tez-tez pis yuxular gördükləri ilə bağlı suallar verilib. Məlumatların təhlili nəticəsində araşdırmanın əvvəlində tez-tez kabus görənlərin sonrakı illərdə daha sürətli koqnitiv geriləmə yaşadıqları və demensiya diaqnozu qoyulduğu müşahidə edilib.
Gələcək tədqiqatların məqsədlərindən biri də kabusların gənc fərdlərdə demensiya riskini artırıb artırmadığını araşdırmaqdır. Bundan əlavə, yuxu görmə tezliyi və yuxuların nə qədər canlı olması kimi digər yuxu xüsusiyyətlərinin bu riski təyin etməyə kömək edə biləcəyi araşdırılacaq.
Məryəm İlhamqızı