Gec qocalan qadınların nəzərinə: RİSKLİDİR
    • Dünən, 22:13
    • 170

Gec qocalan qadınların nəzərinə: RİSKLİDİR

Menopauza gec çatan qadınlarda astma xəstəliyi riski yüksəkdir.

News24.az lent.az-a istinadən bildirir ki, bunu "Menopause" jurnalında dərc olunan araşdırma göstərib.

Menopozun erkən yaşda başlaması ürək xəstəliyi, diabet, osteoporoz və depressiya da daxil olmaqla bir çox xəstəliklərin riskinin artırır.

Lakin onun gec yaşda başlaması da faydalı deyil.

Yeni araşdırma 14 000-dən çox postmenopozal qadının 10 illik məlumatlarına əsaslanır. 

Araşdırma göstərib ki, qadınlar 40-44 yaş arasında menopauza çatdıqda onların astma riski azalır.

Gecikmiş menopozun isə astma riskini artırdığı sübut edilib.. Hormon əvəzedici terapiyanın istifadəsi xəstəliyin riskini 63 faiz artırıb.