-
- 12-11-2024, 20:20
- 2 296
Arda Gülerin səbr kasası daşdı - Qərarını verdi
"Real"da kifayət qədər oyun şansı almayan türk futbolçu Arda Güler gələcəyi ilə bağlı qərarını verib.
News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Eduardo İnda məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 19 yaşlı yarımmüdafiəçi klub rəhbərliyinə icarəyə göndərilməyini istədiyini bildirib.
Xəbərdə onun keçmiş klubu "Fənərbaxça"ya qayıda biləcəyi də vurğulanıb.
Qeyd edək ki, Arda 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız ötən qış komandada debüt edə bilib. Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 12 matçda iştirak edib və cəmi 307 dəqiqə meydanda olub. Lakin Arda qol və ya qol ötürməsinə imza atmayıb.