-
- 13-11-2024, 01:30
- 238
Boşanmaq istəməyən kişi 35 nəfəri öldürdü
Çinin cənubundakı Çjuhay şəhərində idman mərkəzinin yaxınlığında baş verən hadisə nəticəsində 35 nəfər ölüb, 43 nəfər isə ağır yaralanıb. Musavat.com xəbər verir ki, məlumatı Reuters-in yerli polisə istinadən yayıb.
News24.az musavat.com-a istinadla xəbər verir ki, insident bazar ertəsi yerli vaxtla saat 19:48-də baş verib: bir nəfər yolsuzluq avtomobilini idman mərkəzinin yaxınlığında idman edən insanların böyük bir qrupunun üzərinə sürüb.
Çjuhay polisi açıqlamasında bildirib ki, şübhəli 62 yaşlı Fan adlı kişi avtomobilində özünü bıçaqladığı üçün müalicə olunur.
Bu gün axşam saatlarında Reuters müxbiri insanların hadisə yerinə əklil qoymağa başladığını bildirib.
Beijing Daily xəbər verir ki, Çjuhay şəhəri və Quangdong əyalətindən yüzlərlə xilasedici təcili yardım göstərmək üçün hadisə yerinə göndərilib və beş xəstəxanadan 300-dən çox tibb işçisi insanların həyatını xilas etmək üçün gecə-gündüz işləyir.
Polisin bildirdiyinə görə, Fan qaçmağa cəhd etdikdən sonra hadisə yerində polis tərəfindən saxlanılıb. O, bıçaqla özünə boynundan ağır xəsarətlər yetirib.
Polis bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə Fanın boşanmasından narazı olması səbəb olub.