Millimiz bu gün Macarıstanla qarşılaşacaq
    • 13-11-2024, 12:00
    • 196

Millimiz bu gün Macarıstanla qarşılaşacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

News24.az xəbər verir ki, VI qrupda yer alan yığma Macarıstanla üz-üzə gələcək. Rumıniyadakı “Tunari” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Görüşü moldovalı referi Yon Orlik idarə edəcək.