“Siyahıda olan həkim burnumu elə günə qoydu ki...”
    • 13-11-2024, 21:24
    • 2 265

“Siyahıda olan həkim burnumu elə günə qoydu ki...”

Xəbər verdiyimiz kimi, Şairə Nazilə Səfərli şəxsi instaqram hesabında saxta şəhadətnamə aldığı deyilən estetik cərrahların siyahısının sifarişlə hazırlandığını iddia edən video paylaşmışdı. Həmin paylaşım böyük əks-səda yaradıb.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, Əməkdar artist Nigar Şabanova da sözügedən paylaşıma şərh yazıb. O, məsələ ilə bağlı fikirlərini belə ifadə edib:

“Nazı, o siyahıda olan həkim mənim burnumu elə günə qoydu ki, Azərbaycanda sinəsinə döyən təcrübəli heç bir həkim burnumu əməliyyat etmir. Nəfəs ala bilmirəm, kosmetik görünüş bəyənilməz. Amma Günə. Piriyeva 3 ildə 3 əməliyyatımı edib şükür, min şükür, çox razıyam. O xarici bloger getsin, siyahıda adlar çəkdin, onları araşdırsın. Mənə yazsın, mən deyim o siyahıdakı hansı həkim burnumu bu günə salıb. Sənin də ürəyinə sağlıq”.

Qeyd edək ki, şərh yazan digər izləyicilər də şairənin iddialarına dəstək veriblər.