Murat Cemcirin prodüser şirkəti iflas etdi
Şou
Türkiyəli aktyor Murat Cemcir və rejissor-senarist Selçuk Aydemirin yaratdığı "TR 40 33 Productions" şirkəti rəsmi olaraq iflas edib.
News24.az xəbər verir ki, İstanbul 1-ci Əsas Ticarət Məhkəməsi maliyyə çətinlikləri ilə üzləşən şirkətin iflası barədə qərar qəbul edib.
Qeyd edək ki, şirkət 2016-cı ildə fəaliyyətə başlayıb. Qurumun ekranlaşdırdığı layihələr arasında "Çalgı çengi ikimiz" və "Ailecek şaşkınız" kimi filmlər yer alıb.
Şirkətin istehsal etdiyi son bədii film 2022-ci ildə tamaşaçılara təqdim edilən "Mahalleden arkadaşlar" olub.