-
- 1-07-2019, 13:15
- 4 439
Həyat yoldaşı əməkdar artistə toyda oxumağı QADAĞAN ETDİ - VİDEO
Əməkdar artist Bəyimxanım Vəliyeva ailə həyatından danışıb.
News24.az xəbər verir ki, ARB TV-də yayımlanna “Boş anlar” verilişinə qonaq olan ailə həyatından söz açıb: "Ən əsası, insanlığına, məni başa düşməyinə önəm verdim. Belə bir deyim var, adam kimi adam idi. Nüanslar çox idi. Ailə quranda hakim bizdən soruşur ki, acısı ilə, şirini ilə, xoş və açı günü ilə hər şeyə şərik olmağa razısınızmı? Biz də deyirik, razıyıq. Amma gedişatda görürük ki, ailələrdə narazıçılıq yaranır. Yoldaşı qazana bilmir, verdiyi sözləri yerinə yetirmir. Başa düşmürlər ki, bu insandır. Axı o da istəyər ki, ailəsinə, balasına yaxşı saxlasın.
Biz ailə quranda hər tərəfli danışmışdıq. Mənim də onun da şərtlərimiz var idi. Ümumiyyətlə gənc yaşlarımdan var-dövlətdən qorxmuşam. Birdən çox imkanlıya gedərəm, sonra rahat yata bilmərəm. Şöhrət və azğınlıq olar. İstəmişəm ki, orta gəlirim olsun. Ailəm üçün istədiklərimi edə bilim.
İstədiklərim elə də abartılı şeylər deyil. Əsas ailəmin, övladlarımın canı sağlam olsun. Gerisi isə düzələn şeylərdir".
B.Vəliyeva həyat yoldaşının ona qoyduğu qadağadan da danışıb: "Qadından çox şey asılıdır. Qadınlar həyat yoldaşının dilini tutmağı bacarmalıdır. O, kişinin nəyi xoşlayın, xoşlamadığını bilməlidir. Xoşa gəlməyən hərəkətlə uçuruma getdiyini bilirsən, demək ki, bilərəkdən edirsən. Ailənin təməlli olmağını, can deyib, can eşitmək istəyirsənsə, bəlli şeylərə sərhəd qoymalısan. Əgər bunu etmirsənsə, o zaman subay yaşa.
Mən özüm özümə qarşı da ağır düşüncəliyəm. Evlənməzdən öncə el şənliklərinə gedirdim. Hazırda isə getmirəm. Yoldaşım toya getməyimi istəmədi. Əlbəttə, bu, maddi olaraq yaxşı idi, indi də ailəyə dəstək olardım".