-
- 30-10-2018, 13:37
- 4 390
Sevil-Sevinc efirdə ağladı: "Övlad kimi borcumuzu ödəyə bilmədik" - VİDEO
Müğənnilər Sevil və Sevinc Səfərovalar verilişdə duyğusal anlar yaşayıb.
News24.az xəbər verir ki, ARB-də yayımlanan “Səhər səhər” verilişənə qonaq olan əkiz bacılar ataları ilə bağlı danışarkən göz yaşlarını saxlaya bilməyiblər:
“Təbii ki, hər valideyn övladının xeyir işini görmək istəyir. Atam nə bizim nə də qardaşımın toyunu gördü. Buna görə haradasa heyflənirəm. Bəlkə də zamanında Seva ilə ailə həyatı qursaydıq atamız xoş günümüzü görərdi.
Atam sağ olan zamanlar “valideynimə görə ailə həyatı qurdum” sözlərini eşidəndə başa düşə bilmirdim. Amma bu gün zamanı geri qaytara bilksən məmnuniyyətlə bunu edərdim. Hətta sevmədiyim adamla belə ailə həyatı qurardım. Təki ailəm mənim xeyir işimi görə bilsin.
Bu gün atamın gözü arxada qalıb. Çünki heç birimizi tam ailə olaraq görə bilmədi. O, valideyn kimi borcunu yerinə yetirə bildi, biz isə övlad kimi borcumuzu ödəyə bilmədik”.
Teymur Məmmədov