Macarlar millimizə bu qədər qol vurdu

Macarlar millimizə bu qədər qol vurdu İdman

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

News24.az  xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Macarıstan yığması ilə üz-üzə gəlib. Rumıniyanın “Tunari” stadionunda təşkil olunan görüş Macarıstan seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 növbəti oyununu noyabrın 16-da Yunanıstan yığmasına qarşı keçirəcək.