COP29: Azərbaycan hər zaman iqlim dəyişikliyi ilə mübarizədə fəal olub - Deputat
    • 14-11-2024, 10:52
    • 190

COP29: Azərbaycan hər zaman iqlim dəyişikliyi ilə mübarizədə fəal olub - Deputat

Azərbaycan hər zaman iqlim dəyişikliyi ilə mübarizədə fəal olub.

Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. 

Deputat qeyd edib ki, Azərbaycanı beynəlxalq səviyyədə iqlim dəyişikliyi, ətraf mühitin qorunması və davamlı inkişaf məsələlərinə fəal töhfə təmin edən ölkə kimi tanınınır.

"BMT Azərbaycanın COP29-a ev sahibliyi etməsi dünyanın 200-ə yaxın ölkəsinin anonim səs verməsi yolu ilə əldə olunub. Bu, ölkənin qlobal ekoloji məsələlərə yanaşmasını göstərən mühüm məqamdır. Bu tədbir Azərbaycanı beynəlxalq səviyyədə iqlim dəyişikliyi, ətraf mühitin qorunması və davamlı inkişaf məsələlərinə fəal töhfə təmin edən ölkə kimi tanıtdı", - deyə o əlavə edib. 

P.Vəliyevanın sözlərinə görə, BMT-nin iqlim dəyişikliyi ilə mübarizə məqsədilə hər il keçirdiyi COP konfransları (Tərəflərin Konfransı) qlobal siyasətçilərin və ekspertlərin iqlim dəyişikliyinin təsirlərini müzakirə etmək və strateji addımlar atmaq üçün toplandığı əsas tədbirdir: 

"Bu, ölkəmizə iqlim və ətraf mühit problemlərinə dair təşəbbüslərini dünya səviyyəsində təqdim etmək imkanı yaradıb. Bu, həm də Azərbaycana öz yaşıl gündəliyini formalaşdırmağa imkan verdi, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Azərbaycan əvvəllər də iqlim dəyişikliyi ilə mübarizədə öz milli siyasətlərini yeniləyib və Paris Sazişi çərçivəsində öz öhdəliklərini qəbul edib. COP29-un Bakıda keçirilməsi, bu öhdəliklərin beynəlxalq səviyyədə dəyərləndirilməsi üçün bir fürsətdir".

Ağa Dadaşzadə
News24.az