Xəstəxanada vurulan iynədən öldü
    • 14-11-2024, 10:48
    • 6 267

Xəstəxanada vurulan iynədən öldü

Zaqatalada 37 yaşlı kişi qəfil vəfat edib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Xəstəxanada iynə vurulan R.Ramazanov anafilaktik şok nəticəsində ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.