Yaşlı qadını maşın vurub öldürdü - Hadisə yerindən qaçan sürücü saxlanıldı
Hadisə
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza bu gün Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, V. Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən piyada 1966-cı il təvəllüdlü Rəna Eynulla qızı Orucovanı vurub.
Ağır xəsarətlər alan piyada təcili tibbi yardım gələnə qədər hadisə yerində ölüb.
Piyadanı vuraraq hadisə yerindən uzaqlaşan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.