Azərbaycanlı futbolçu bu ölkədən ayrılacaq

Azərbaycanlı futbolçu bu ölkədən ayrılacaq İdman

Latviyanın "Qrobinya" klubunda oynayan Nazim Məmmədzadə 2025-ci ilə yeni komandada başlaya bilər.

News24.az saytına verilən məlumata görə, azərbaycanlı müdafiəçi Latviya klubundan ayrılacaq. Onun "Qrobinya" ilə müqavilə müddəti bu ay başa çatacaq.

Məmmədzadənin bu komandada qalmayacağı və özünə yeni komanda tapacağı gözlənilir.

23 yaşlı futbolçu “Qrobinya”ya iyulun 1-də keçmişdi. "Neftçi"nin yetirməsi olan Nazim "Renova", "Moralo", "Marino Luanko", MOİK klublarında oynayıb.//sportall