Çörəyini zibillikdən çıxaran QADIN - yardım etmək istəyənlər var
    • 3-07-2018, 16:07
    • 1 172

Çörəyini zibillikdən çıxaran QADIN - yardım etmək istəyənlər var

Həyatını yollarda və zibillikdə keçirən qadın... Yollar onun yol yoldaşı, zibilliklər isə ona doğma olan iş yeridir. Qışın soyuğu, yayın istisi bu qadına halal çörəyini qazanmaqdan usandırmır.

Onun üçün alın təri, halal zəhmət və ən əsası təmiz QADINadı hər şeydən üstündür... Amalı evinə bir tikə çörəy aparsın və övladlarını sevindirsin... 

Həm süjetimizin, həm də öz həyatının qəhrəman anasıyla sizi tanış edim. O zərif və dəyanətli qadın, Raisa Babayevadır.. 



Qeyd edək ki, Raisa Babayevayla bağlı dünən News24.az saytı süjet yayımlayıb. Sözügedən videodan sonra çox sayıda insan R. Babayevaya yardım etmək üçün bizim əməkdaşlarımıza müraciət edib.

İlk yardım News24.az-ın kollektivindən və daha sonra izləyicilər tərəfdən olub. Dəstək olmaq istəyən insanların yardım etmək üçün yenidən əlaqə nömrəsini qeyd edirik:

055-663-18-65

Müxbir: Elvin Nüsrətoğlu
Videooperator: Nurlan Gülməmmədov