-
- 14-11-2024, 23:01
- 335
Kişilər bu səbəbdən evlənə bilmirlər - Araşdırma
Əfqanıstanda 20 yaş civarında olan gənclərin çoxu ölkədən qaçmağa məcbur olurlar.
News24.az Sfera.az-a istinadən xəbər verir ki, bunun əsas səbəblərindən biri isə onların evlənə bilməmələridir.
Belə ki, ölkədə evlənmək istəyən kişilərdən 5-20 min dollar başlıq pulu tələb olunur. Bəzi gənclər bu məbləği toplamaq üçün ölkəni tərk edir, dünyanın fərqli yerlərində, ağır şərtlər altında işləməyə məcbur olurlar.
Qeyd edək ki, Əfqanıstanda işsizlik səviyyəsi 40 faizdir.