-
- 14-11-2024, 23:44
- 389
Ən qoca 2 futbolçu - Birinin 57, digərinin 62 yaşı var
Aktiv futbol fəaliyyətini davam etdirən ən yaşlı futbolçular məlum olub.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, yaşına baxmayaraq, 57 yaşlı Kazuyosi Miura və 62 yaşlı Robert Karmona hələ də karyeralarını davam etdirir.
1967-ci il təvəllüdlü yapon hücumçu Miura ölkəsinin 4-cü liqasında mübarizə aparan “Atletiko Suzuka” komandasında çıxış edir. Hələ də qocalmaq bilməyən bir digər futbolçu isə uruqvaylı mərkəz müdafiəçisi Robert Karmonadır. O, 1962-ci ildə Montevideo şəhərində anadan olub. Hazırda Uruqvayın 4-cü diviziyasının “Qol la Vida” klubunun kapitanıdır.
Hər iki futbolçu rəsmi olaraq “peşəkar” statusda çıxış edirlər.