-
- Bu gün, 11:01
- 167
Trampın kabinetində 3 yeni namizəd – Birinin beynindən parazit çıxdı
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kabinetini toplamaqda davam edir.
News24.az xəbər verir ki, Tramp “Truth” sosial media hesabında komandasının üzvlərini mühüm nazirliklərə namizəd göstərib O, daxili işlər, səhiyyə və veteranlarla iş üzrə nazirləri seçib.
Onlar əksəriyyəti Trampın digər təyinatları ilə müqayisədə tamamilə normal görünsə də, onun səhiyyə naziri vəzifəsinə namizədliyini irəli sürdüyü şəxslə bağlı xəbər çaşdırıcı olub. Çünki özünün etirafına görə, o, beyin paraziti səbəbindən psixi zədə alıb.
Tramp Corciyadan keçmiş konqresmen Duq Kollinsi Veteranlarla İş Nazirliyinə rəhbər təyin etməyi planlaşdırdığını açıqlayıb. Tramp bildirib ki, Kollins həqiqi hərbi xidmət üzvləri, veteranlar və hərbçi ailələri üçün güclü nümayəndə olacaq.
Kollins 2013-cü ildən 2021-ci ilə qədər Nümayəndələr Palatasında çalışıb və 2020-ci ildə Corciya Senatına namizədliyi uğursuz olub. Bundan əlavə, o, hazırda ABŞ Hərbi Hava Qüvvələrinin Ehtiyat Komandanlığının kapellanı kimi xidmət edir.
Kollins həmçinin Trampın 2017-ci ildə yeddi müsəlman ölkəsinin vətəndaşlarına müvəqqəti səyahət qadağasını dəstəkləyib.
ABŞ-da 2024-cü il seçki yarışına müstəqil namizəd kimi daxil olan Robert F. Kennedi Junior Tramp tərəfindən onun növbəti kabinetində səhiyyə naziri vəzifəsinə namizədliyi verilib.
Peyvənd əleyhinə olan Kennedi, peyvəndlərin uşaqlarda autizmə səbəb olduğunu iddia edir və onların əhəmiyyətli bir hissəsinin qadağan edilməsi lazım olduğunu müdafiə edir. Kennedi həmçinin suyu təmizləmək üçün istifadə edilən flüorun kanserogen zəhər olduğunu və flüoridi sudan təmizləyəcəyini söyləyib.
Öz hekayəsini danışdığı bir müsahibədə Kennedi 2010-cu ildə qarışıqlıqdan şikayət edərək həkimə gedib. Testlər nəticəsində həkimlər Kennedinin beynində qurd şəklində ölü parazit aşkar ediblər. Həkimlər Kennediyə bildiriblər ki, bu parazit onun beynini zədələmiş ola bilər.
Tramp daxili işlər naziri vəzifəsinə 68 yaşlı Duq Burqumu seçib. ABŞ-ın ən zəngin siyasətçilərindən biri olan Burgumun sərvəti 1,1 milyondur.
Respublikaçılar Partiyasının üzvü olan Burqum 1997-ci ildə qurduğu İT şirkətini “Microsoft”a satıb və bu şirkətdə yüksək vəzifəli əməkdaş olub. Daha sonra daşınmaz əmlak biznesinə başlayan Burqum da Tramp kimi daşınmaz əmlak holdinqinə sahibdir.