Pensiya alan işdən azad edilərsə, hesablanma necə olur?

Pensiya alan işdən azad edilərsə, hesablanma necə olur? Gündəm

Ümumi əsaslarla yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

News24.az xəbər verir ki, yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 144-dən işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələn, pensiya təyin edilib 01.01.2017-ci ildə. İşdən çıxıb 01.03.2019-cu ildə, yəni 6 il tamam olmadan. 01.01.2017-01.03.2019-cu ilərdəki kapitalı 90%-lə nəzrə alınmaqla 118-ə bölünəcək (144 ay -26 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı=118)./Lent.az