-
- Dünən, 22:52
- 124
Evləndikləri malikanəni bölə bilmirlər - 2025-ci ildə məhkəmə olacaq
Hollivudun məşhurları Ancelina Coli ilə Bred Pitt yenidən üz-üzə gəliblər.
News24.az BAKU.WS-ə istinadla xəbər verir ki, keçmiş cütlük arasında bu dəfə Miraval malikanəsinə görə gərginlik yaşanıb.
Ancelina bu səbəbdən 2025-ci ildə Bredlə məhkəmədə qarşı-qarşıya gələcək.
Colinin vəkilləri keçmişdə Pittin aktrisaya aid hissəni pulla satın almaq istədiyini bildirib. Lakin tərəflər arasında razılıq olmayıb.
Pittin vəkilləri isə Colinin villanı bütünlüklə satmağa çalışdığı üçün aralarında gərginlik yarandığını iddia edib.
Xatırladaq ki, Ancelina ilə Bred 2014-cü ildə Cənubi Fransadakı bu malikanədə evləniblər.