Yanlış ünvana basqın edən polis ev sahibinin qolunu sındırdı

Yanlış ünvana basqın edən polis ev sahibinin qolunu sındırdı Hadisə


Kütahyada polis səhər saatlarında Mehmet Ali Güngörün evinə basqın edərək qolunu sındırıb. Lakin polisin yanlış ünvana gəldiyi üzə çıxıb. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, yaralanan Güngör deyib: "Polis rəisi gəlib qurum adından üzr istədi. Amma mən bunu qəbul etmirəm".

Məlumata görə, səhər saat 7 radələrində Kütahyanın Akkent Məhəlləsi TOKİ-də ailəsi ilə birlikdə yaşayan Mehmet Ali Güngörün evinə polis basqın edib. Güngörün həyat yoldaşı qapını açanda heç bir məlumat verməyən polis əvvəlcə həyat yoldaşını, sonra isə Mehmet Ali Güngörü döyüb. Çənəsindən vurulan yumruqla yerə yıxılan və qolunu sındıran Güngör, polis səhv ünvanda olduqlarını anladıqdan sonra sərbəst buraxılıb.